Hollandiyada sərnişin qatarı relsdən çıxıb: 1 ÖLÜ, 30 YARALI

OXUNUB: 114 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralılardan 19-nun vəziyyətinin ağır olduğu bildirilir. Ağır yaralılar travma helikopteri və təcili yardım maşınları ilə Utrext Universitetinin Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Yüngül yaralılar isə qəza yerində ambulator müalicəyə alınıb. Hollandiya Dəmir Yollarının (NS) verdiyi açıqlamaya görə, səhər saat 03:25-də ölkənin qərbindəki Leydendən Haaqaya gedən sərnişin qatarı təkərləri olan tikinti kranına çırpılıb.

7NEWS.az

RƏYLƏR