İctimai Nəzarət Koalisiyası İctimai Nəzarət Təşkilatına çevrildi: VƏSİQƏ 50 manat

OXUNUB: 540 GÜNDƏM HADİSƏ
CTİMAİ NƏZARƏT KOALİSİYASI YENİ ADDA FƏALİYYƏT GÖSTƏRƏCƏK

Artıq bu ildən İctimai Nəzarət Koalisiyası İctimai Nəzarət Təşkilatı adı altında fəaliyyət göstərəcək. Bu haqda keçmiş İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov məlumat verib. Sədr bildirib ki, artıq təşkilata qoşulmaq istəyən hər kəs xüsusi təyin olunmuş komissiya tərəfindən müsbət rəy aldıqdan sonra qəbul olunacaqlar. 

Komissiya tərkibi təşkilatın prezidenti, vitse prezidenti, fəxri üzvlərindən ibarət olacaq. İctimai nəzarətçi olmaq istəyən vətəndaş təşkilatın yaranma tarixini, hansı zərurətdən yarandığını bilməli, bu təşkilatın cəmiyyətdə rolu haqda məlumatlı olmalıdır.

Vətəndaşlar təşkilata üzv, əməkdaş və rəhbər vəzifəyə təyin oluna bilərlər. Məhz bununla əlaqəli onlara üzvlük, əməkdaşlıq və vəzifə üçün nəzərdə tutulmuş vəsiqələr təqdim olunacaq. 
Vəsiqələr 50 AZN məbləğində illik ainə ödənməklə veriləcək.

 Vəsiqələr Elmlər Akademiyasının mətbəəsində çap olunacaq./qht.az

RƏYLƏR