İki nəfərin öldüyü “Green House” istirahət mərkəzi kimindir? — İSMAYILLI FACİƏSİNDƏ “Qozbel İman” İZİ

OXUNUB: 5489 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl HADİSƏ TƏHLİL

İsmayıllı rayonundakı "Green House” istirahət mərkəzində iki nəfərin ölümü, iki nəfərin xəsarət alması hadisəsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İcmal.Azxəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəriEldar Sultanovməlumat verib.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş verməsində təqsiri olan, eləcə də, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifələri həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə dünən baş verib. Belə ki, istirahət mərkəzindəki hovuza girən 4 nəfəri elektrik cərəyanı vurub. Nəticədə Bakı şəhər sakini Emin Adıgözəlov və Abşeron rayon sakini Gülhüseyn Quliyev ölüb. Zaqatala rayon sakini Eltəkin Ömərov və Bakı şəhər sakini Zakir Əliyev xəsarət alıb.

İCMAL.azYenicag.az-a istinadən xəbər verir ki, sözügedən məkanın hovuzunda 4 nəfəri elektrik cərəyanı vurub.

Nəticədə Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb.

Xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti yaxşıdır. Bunu saytımıza açıqlamasında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov deyib. Qurum rəsmisinin sözlərinə görə, xəsarət alan şəxslər digər iki nəfəri xilas etmək üçün hovuza tullanıb:

"Hələ ki, istintaq davam edir. Yalnız ondan sonra hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşacaq. İki nəfər hovuzda çimirmiş, digər iki şəxs də onları xilas etmək istəyərkən zərər çəkib. "Green House” 15 ilə yaxındır ki, fəaliyyət göstərir. İstirahət mərkəzinin rəhbərliyi haqqında isə məlumatım yoxdur”.

Saytın əldə etdiyi məlumata görə, sözügedən istirahət mərkəzinin sahibi iş adamı İman Quliyevdir. El arasında "Qozbel İman” kimi tanınan biznesmen, eyni zamanda "Xalqlar Dostluğu” yarmarkasının sahibidir.

İCMAL.az


RƏYLƏR