İki qadını Türkiyədə satan Lətafətə gözlənilməz cəza

OXUNUB: 544 HADİSƏ
Azərbaycanlı qadınları Türkiyə apararaq cinsi istismara məruz qoymaqda təqsirli bilinən Lətafət Fərhadlının cinayət işi üzrə məhkəmə başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Lətafət Fərhadlı barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 8 il müddətinə şərti cəza alıb.

Məhkəmə Lətafət Fərhadlı barəsində seçilmiş həbs qətmkan tədbirini ləğv edib və onu məhkəmə zalından azadlığa buraxıb.

İttihama görə, Lətafət Fərhadlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun iki qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyduğu məlum olub./teleqraf
İcmal.Az

RƏYLƏR