İlham Əliyev Honduras Prezidentini təbrik edib

OXUNUB: 722 index-manşet SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Honduras Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

İcmal.Az

RƏYLƏR