İlham Əliyev OPEC-in baş katibi ilə danışıqlar aparıb – YENİLƏNİB + FOTO

OXUNUB: 822 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

İcmal.Az xəbər verir ki, Məhəmməd Barkindo görüşdə deyib: 

"Biz Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndiririk”.

Prezident İlham Əliyev, öz növbəsində, Məhəmməd Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət edib. OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul edib.

13:53

Azərbaycan prezidenti İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

İcmal.Az

RƏYLƏR