İlham Əliyev yeni körpünün açılışında iştirak edib

OXUNUB: 1189 index-manşet SİYASƏT
Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

İcmal.Az xəbər verir ki, "Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlətimizin başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. 

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.
 
İcmal.Az

RƏYLƏR