İlham Əliyev Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib

OXUNUB: 70 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

"Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

RƏYLƏR