İlham Əliyev özünə 5 yeni köməkçi təyin etdi - Siyahı

OXUNUB: 1008 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.

İcmal.Az haqqın.az-a istinadən xəbər verir ki, Administrasiyanın yeni strukturuna əsasən, prezidentə 5 yeni köməkçi təyin edilib.

Onlar prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və katibliyin rəisi Dilarə Seyidzadədir. 

Qeyd edək ki, daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi. 

İcmal.Az

RƏYLƏR