Çilidə meşə yanğını nəticəsində 750 hektar ərazi külə döndü

OXUNUB: 149 Özəl DÜNYA
Ölkənin bir çox bölgəsində, xüsusilə Çilinin Nuble və Biobio bölgələrində baş verən meşə yanğını nəticəsində 750 hektardan çox meşə sahəsi külə dönüb.

7NEWS.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Çiliyə təsir edən isti dalğası özü ilə meşə yanğınlarını da gətirib. Paytaxt Santiaqo, Nunoa, MetroSur, La Granja, TilTil, Melipilla, El Monte, Talagante, Colina, Buin, Quilicura və El Quisco kimi bölgələrdə meşə yanğınları xüsusilə Nuble və Biobio bölgələrində artmaqda davam edir. Milli Meşə Təsərrüfatı Agentliyinin (Conaf) verdiyi açıqlamada, Çillan şəhəri yaxınlığında baş verən yanğında 550 hektar meşə sahəsinin, Nubledə isə 200 hektar meşəlik sahənin yanıb.

7NEWS.az

RƏYLƏR