Çin ABŞ-ı “psixoloji terror”da ittiham etdi

OXUNUB: 495 DÜNYA

ABŞ-ın Çin və digər ticarət tərəfdaşlarına qarşı rüsum tətbiq etməsi "psixoloji terror”dur və müasir tendensiyalara uyğun deyil. 

İcmal.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Kommersiya Nazirliyinin rəsmi nümayəndəsi Qao Fendeyib. 

"ABŞ son vaxtlar 50 milyard dollar dəyərində Çin mallarına rüsum tətbiq edilməsi ilə bağlı təhdidlərə başlayıb.  Bundan başqa, ABŞ bu təhdidləri digər ticarət tərəfdaşlarına qarşı da səsləndirib. 

Gömrük tarifləri vasitəsilə həyata keçirilən psixoloji terror müasir tendensiyalara uyğun deyil”, - Qao Fen brifinqdə bildirib.  

O əlavə edib ki, Çin təhdidlərə boyun əyməyəcək. 

İcmal.Az

RƏYLƏR