Çin G20-nin iclasını boykot edəcək

OXUNUB: 117 Özəl DÜNYA
Çin Hindistanın ev sahibliyi etdiyi mübahisəli Cammu və Kəşmir bölgəsində keçiriləcək G20 toplantısına qatılmamaq qərarına gəlib.

7NEWS.az xəbər verir ki, G20-yə sədrlik edən Hindistan mayın 22-24-də mübahisəli Cammu və Kəşmir bölgəsi Srinagarda turizm sahəsində işçi qrupunun iclasının keçiriləcəyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyi Hindistanın qərarına reaksiya verib. Nazirlikdən verilən açıqlamada Çinin hər hansı mübahisəli bölgədə G20 toplantısının keçirilməsinin əleyhinə olduğu, bu səbəbdən sözügedən toplantıya qatılmayacağı bildirilib.

7NEWS.az

RƏYLƏR