Çin və Rusiya təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub

OXUNUB: 114 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada yerli vaxtla 11.52-13.49 arasında 4 Çin və 4 Rusiya hərbi təyyarəsinin Cənubi Koreyanın Hava Hücumundan Müdafiə və Tanıma Bölgəsinin (KADIZ) cənub və şərq bölgələrinə daxil olduğu bildirilib. Ölkənin hava məkanının pozulmadığı vurğulanan açıqlamada, Cənubi Koreya ordusunun KADİZ-ə girməzdən əvvəl Çin və Rusiya təyyarələrini təsbit etdiyi və ola biləcək qəzaların qarşısını almaq üçün döyüş təyyarələrini havaya qaldırdığı bildirilib.

7NEWS.az

RƏYLƏR