İnam Kərimovdan Əli İnsanova sərt sözlər: “Əli İnsanov Heydər Əliyevə, onun ruhuna xəyanət edib” - VİDEO

OXUNUB: 1160 index-manşet SİYASƏT

Qax Damazlıq İpəkçilik Stansiyasında Çin Xalq Respublikasından aprelin 23-də ölkəmizə gətirilən 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) kümçülərə paylanması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən baramaçılığın inkişafı ilə bağlı mühüm Fərmanlar imzalanıb, qərarlar verilib və Dövlət Proqramı qəbul edilib.

7NEWS.az xəbər verir ki, tədbirin yekununda Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə geniş müsahibə verib. Jurnalistlərdən birinin "Bu günlərdə sabiq nazir Əli İnsanovun maraqlı açıqlaması oldu, buna münasibətiniz” sualına nazir sərt cavab verib: "Zamanında Ulu Öndər Heydər Əliyevin yanında çalışan biri olaraq Əli İnsanov ona, onun ruhuna xəyanət etdi. Cənab Prezident Əli İnsanovu bağışlamaqla böyük addım atmış oldu, əslində onu özü ilə mübarizəyə buraxdı: Xəyanətkar Əli İnsanov və Heydər Əliyevçi Əli İnsanov”

Müsahibənin tam video versiyasını təqdim edirik:

RƏYLƏR