"İncə Xətt üzərində" adlı layihə həyata keçirilib - GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

OXUNUB: 962 QHT SOSİAL
7NEWS.az xəbər verir ki, Azərbaycan Maarifçi Gənclər Təşkilatının 1994-cü ildən bu günə kimi fəaliyyətində əsas məqsədi gəncləri maarifləndirmək olubdur. Bununla bərabər bütün layihələrdə gender bərabərliyinin vacibliyini vurğulamağa çalışıb. AMGT Gənclər Fondunun maliyyə dəstəyi ilə "İncə Xətt üzərində" adlı layihə həyata keçirib. Layihənin rəhbəri Aslan Mərziyyə, ideya müəllifi Vüsalə Tağıyeva, rejissor Elçin Məmmədov və qəhrəmanımız Leyla Əliyevanın   2 ay gərgin fəaliyyəti nəticəsində 40 dəqiqəlik "İncə xətt üzəində" sənədli filmi işıq üzü gördü. Filmin   əsas sujet xətti  FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin bölmə rəisi Leyla Aliyevanın uğur hekayəsindən bəhs edir.  Filmin təqdimatı 06 mart 2023-cü ildə Konqress Mərkəzdə təşkil edildi.  07 mart 2023-cü il tarixdə  isə film   Azərbaycan Pedoqoji Kollecinin tələbələri üçün nümayiş edildi. Fİlmimizin qəhrəmani Leyla Əliyeva təkəbəlırin suallarına cavab verdi.
 
 









RƏYLƏR