Çində dam örtüyünün uçması nəticəsində 8 nəfər ölüb

OXUNUB: 640 DÜNYA

Çinin Çjetszyan əyalətində iri dam örtüyünün uçması 8 nəfər həyatını itirib. 

Hadisə cümə günü axşam baş verib. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, dağıntılar altında əsasən yaşlı insanlar qalıb. Hadisə yerində xilasedicilər işləyir.

O da qeyd olunub ki, daha üç nəfər də yaralanıb. Dağıntılar altında hələ də insanlar var. 

Şahidlər deyiblər ki, hadisəyə səbəb pis hava şəraitinin - yağış yağması və güclü külək olması olub. 

Faktla bağlı təhqiqat işlərinə başlanılıb.

 

İcmal.Az

RƏYLƏR