Çində inflyasiya son 18 ayın ən aşağı səviyyəsinə enib

OXUNUB: 125 Özəl DÜNYA
Çində istehlak inflyasiyası mart ayında 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb. İstehsalçı qiymətlərinin enməsi sürətləndi.

7NEWS.az xəbər verir ki, Çində istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə mart ayında cəmi 0,7 faiz artıb. Fevralda ölkədə istehlak inflyasiyası 1,0 faiz olub, mart ayında isə 1,0 faiz olacağı gözlənilirdi.

Mart ayında istehlak inflyasiyasının azalmasına səbəb ərzaq inflyasiyasının yavaşlaması olub. Fevralda 2,6 faiz olan ərzaq inflyasiyası mart ayında 2,4 faizə düşüb. Mart ayında əvvəlki ayla müqayisədə ərzaq qiymətləri 1,4 faiz ucuzlaşıb.

7NEWS.az

RƏYLƏR