Çində yollarda çatlar əmələ gəlib: 3 mindən çox insan təxliyə EDİLİB

OXUNUB: 152 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Mayın 31-də Çinin Tianjin şəhərinin Cinnan rayonundakı ərazidən keçən yolun bir çox yerində çatlar müşahidə edilib. Tianjin yerli hökuməti tərəfindən edilən açıqlamada hadisənin "qəfil geoloji fəlakət" olaraq xarakterizə edildiyi və çatların 1300 metrdən çox dərinlikdəki yeraltı boşluqlardan yarana biləcəyi ifadə edildi. İyunun 3-dən etibarən hər biri 25 mərtəbəli ən azı 3 binada yaşayan 3899 nəfərin çatlara görə evlərindən təxliyə olunaraq yaxınlıqdakı otellərə yerləşdirildiyi bildirilir. Sosial mediada paylaşılan görüntülərdə binaların ətrafındakı yolların qabardığı, binalarla torpaq arasında çatların əmələ gəldiyi kameraya əks olunub.

7NEWS.az

RƏYLƏR