İndoneziya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib

OXUNUB: 118 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) verdiyi açıqlamada İndoneziyanın Sumatra adasının qərbində 7,3 bal gücündə zəlzələnin baş verdiyi açıqlanıb. BMKG zəlzələdən sonra sunami xəbərdarlığı edib. ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin 7,1 bal gücündə olduğunu açıqlayıb. Zəlzələdə can və mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

7NEWS.az

RƏYLƏR