İndoneziyada iki üzlü körpə doğulub - FOTO/VİDEO

OXUNUB: 824 DÜNYA

İndoneziyada iki üzlü və bir cüt beyinli körpə doğulub. 

Bununla bağlı "Daily Mail” məlumat yayıb. 

Qilan Endika adlı uşaq İndoneziyanın Batam şəhərində dünyaya gəlib. Hazırda o, iki aylıqdır. Onun bir bədəni, iki ayağı və iki əli var, ancaq onun əkiz qardaşı ana bətnində inkişaf edə bilməyib və başı deformasiya olub. Bu patologiya 250 min haldan birində baş verir. 

Nəşr qeyd edib ki, əkiz qardaşın başı körpənin həyatı üçün təhlükə törədir. Yerli həkimlər bu vəziyyətdə ona kömək edə bilməyəcəklərini deyiblər. Hələlik uşaq mütəxəssislərin nəzarəti altında xəstəxanada saxlanılıb. 

Qilanın anası deyib ki, doğuma qədər körpənin vəziyyətindən xəbərsiz olub. Hamiləlik vaxtı yoxlanışa gəlsə də, bu zaman heç bir problem üzə çıxmayıb. 

İcmal.Az

RƏYLƏR