İngiltərə kralı ilk xaricə səfəri üçün Almaniyaya gedəcək

OXUNUB: 116 Özəl DÜNYA
İngiltərə kralı III Çarlz taxta çıxdıqdan sonra ilk xaricə səfəri çərçivəsində Almaniyaya gəldi.

7NEWS.az xəbər verir ki, dövlət səfəri çərçivəsində həyat yoldaşı Kamilla ilə birlikdə Almaniyaya gələn Kral Çarlz üçün Berlin-Brandenburq Hava Limanında (BER) 21 silahla atəş açılıb.

Kral Çarlz və həyat yoldaşı Kamilla daha sonra maşınla Berlinin mərkəzindəki tarixi Brandenburq qapısına gediblər və burada onları Almaniya prezidenti Frank-Valter Ştaynmayer və həyat yoldaşı Elke Büdenbender qarşılayıb.

7NEWS.az

RƏYLƏR