İngiltərədə 2022-ci ildə 1313 evsiz insan ölüb

OXUNUB: 140 Özəl DÜNYA
İngiltərə və Uelsdə 2019-cu ildən bəri 4000 evsiz küçələrdə ölüb, təkcə 2022-ci ildə 1313 evsiz ölüb. 

7NEWS.az xəbər verir ki, Londonda yerləşən QHT Evsizlik Muzeyinin hesabatına görə, İngiltərə və Uelsdə hər 6,5 saatdan bir evsiz bir insan ölür. Küçədə həyatını itirənlərin 85 faizi 65 yaşdan aşağı olduğu halda, ötən il 1313 nəfərin küçədə həyatını itirdiyi bildirilib. 

Hesabatda bu rəqəmin 2019-cu ildəki ölümlərdən 85 faiz, 2021-ci ilə nisbətən isə 20 faiz çox olduğuna diqqət çəkilib. 

7NEWS.az

RƏYLƏR