İngiltərədə kəpənəklərin sayı 80 faiz azalıb

OXUNUB: 164 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kəpənəkləri Qoruma təşkilatı bu gün dərc etdiyi hesabatda İngiltərədəki kəpənək növlərinin 1970-ci illərdən bəri yüzdə 80 azaldığını açıqladı. Kəpənəklərin ekosistemin ayrılmaz bir hissəsi olduğunu vurğulayan təşkilat bu cür qəfil azalmaların daha geniş biomüxtəliflik böhranının açıq xəbərdarlıq siqnalı olduğunu bildirib. Kəpənək populyasiyasının geniş miqyaslı azalmasının böyük narahatlıq doğurduğunu bildirən təşkilat, kəpənəklərin ətraf sağlamlığının həssas göstəricisi olduğunu vurğuladı. Son hesabatın 7 il əvvəl açıqlandığı bildirilən hesabatda 59 kəpənək növünün qiymətləndirildiyi və müşahidələrin aparıldığı bölgələrdə kəpənək bolluğunun orta hesabla 6 faiz, yayılmasının isə 42 faiz azaldığı ortaya çıxıb.

7NEWS.az

RƏYLƏR