İngiltərədə oğurluq hadisələri rekord qırdı

OXUNUB: 130 Özəl DÜNYA
İngiltərədə dərc edilən hesabata görə, keçən il mağazalardan polisə bildirilən oğurluq hadisələri rekordları qırdı. 2023-cü il Cinayət Hesabatına görə, ölkədə 1 milyon 100 min hadisə baş verib. 

7NEWS.az xəbər verir ki, hesabatda İngiltərədə keçən il polisə bildirilən oğurluq hadisələrinin 1 milyon 100 mini keçərək rekord həddə çatdığı ortaya çıxdı. Dükan sahibləri tərəfindən ən çox oğurlanan əşyaların ət, spirt və qənnadı məmulatları olduğu bildirilən hesabatda qeyd edilir ki, bunlar adətən narkotik və ya alkoqol asılılığı olan və ya daha böyük mütəşəkkil cinayət qruplarının bir hissəsi olan insanlar tərəfindən satıla bilən yüksək qiymətli əşyalardır. 

7NEWS.az

RƏYLƏR