“Instagram”ın ən “bahalı” qadını müəyyənləşdi

OXUNUB: 655 DÜNYA
Amerikalı modelyer və iş adamı Kayli Cenner "Instagram Rich List 2018”də ən bahalı istifadəçilər arasında birinci olub.

İcmal.Az Oxu.Az-a istinadla xəbər verir ki, 20 yaşlı qadının şəxsi hesabındakı bir bildirişinin qiyməti bir milyon dollar təşkil edir.

Sözügedən sıralamada ötənilki reytinqin lideri aktrisa Selena Qomes ikinci (800 min dollar), futbolçu Kriştianu Ronaldu üçüncü (750 min dollar), Kayli Cennerin bacısı Kim Kardaşyan isə dördüncü (720 min dollar) pillələrdə qərarlaşıblar.

Hazırda Kayli Cennerin "Instagram” səhifəsinin 111 milyon abunəçisi var.
 
İcmal.Az

RƏYLƏR