“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz (Omikron narahatlıqları artıb)

OXUNUB: 680 Özəl GÜNDƏM İQTİSADİYYAT

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR.

Omikron dalğası fonunda narahatlıqlar və Almaniyada biznes mühitinin proqnozlaşdırılandan sürətlə pisləşməsi, avroda ucuzlaşmaya, güvənli liman maliyyə aləti kimi dollara olan tələbi artırmışdır. Beləliklə, EURUSD məzənnəsi 1.12$-a düşə bilər.

Bununla yanaşı, Milad və Yeni il bayramları ərəfəsində ticarət aktivliyinin getdikcə zəiflədiyi, ehtiyat tədbirlərin artdığı müşahidə edilir.

 

GBP.

Narahatlıqlar, xüsusilə də mərkəzi bankın faizlərini yüksəldilməyə başladığı bir vaxtda İngiltərədə də artıb. Bu, GBPUSD məzənnəsinin bir ilin minimumuna - 1.3164 səviyyəsinə düşməsinə kimi dərinləşə bilər.

 

TRY.

Foreks bazarlarında USDTRY məzənnəsi yüksəlməkdə davam edir və növbəti önəmli müqavimət səviyyəsi 18.72TL-dir.

Qeyd etmək lazımdır ki, TCMB-nin faizlərini azaltmaqda davam etməsinə baxmayaraq, proses bir tərəfdən də proqnozlara bərabər, yəni zəif davam etdirilir. Bu, lirənin ucuzlaşmasının yavaşlamasına da səbəb olub.

 

OIL.

Qlobal iqtisadiyyata dair narahatlıqların yenidən artması, enerji birjalarında neftə olan tələbi də azaldır. 70$ dəstəyi də qırılacağı təqdirdə, Brent neftində ucuzlaşma 66$-a kimi sürətlənə bilər.

Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

 

GOLD.

Mərkəzi banklar tərəfindən siyasətlərin sərtləşdirilməsinə başlanılması və buna dair bəyanatların artması, əlvan metallar bazarlarında qızıl da ucuzlaşır. Təhlillərə əsasən, bir unsiya qiymət 1800$-ı (57.9$/qram) da qırarsa, 1776$-a (57.1$/qram) kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

"İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.


 

RƏYLƏR