İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

OXUNUB: 709 index-manşet SİYASƏT

İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

7NEWS.Az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz".


RƏYLƏR