İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı-COP haqqında nə bilirik - 1-ci yazı

OXUNUB: 147 KÖŞƏ Özəl SOSİAL
           Harada yaşamağımızdan, necə qidalanmağımızdan, vəzifəmizdən, 
           tutduğumuz mövqedən asılı olmayaraq hamımız eyni havanı uduruq

     İndi artıq geniş Azərbaycan ictimaiyyyətinə məlumdur ki, bu il noyabr ayının 11-dən 24-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı keçiriləcəkdir. Lakin qeyd etməyi zəruri hesab edirəm ki, aparılan araşdırmalar və sosial şəbəkə resurslarında  aparılan müşahiələr göstərir ki, Azərbaycanın dövlət struktutrlarına daxil olan KİV-lərdə müstəqil və və özəl kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə COP29 haqqında kifayət qədər məlumatların yer almasıma baxmayaraq, bu ilin noyabr ayında keçiriləcək İqlim Dəyişikliyi Konfransı, onun mahiyyəti, tarixi, məram və məqsədi barədə nəinki sıravi vətəndaşlarda, hətta orta səviyyəli məlumatlı olan insanlar  arasında  məlumatlar ya çox səthi və ya yox dərəcəsindədir. Düşünürəm ki, əhali arasında məlumat azlığının səbəbi bir tərəfdən əhalinin özündə axtarmaq lazımdırsa, digər tərəfdən əhali arasında maarifləndirmə işlərinin lazımı səviyyədə aparılmaması ilə əlaqədardır. Düşünürəm ki, tədbirə çox az bir müddət qaldığın nəzərə alaraq, tabeliyindən asılı olmayaraq bütün kütləvi informasiya vasitələri öz fəaliyyətlərini hazırda bütün dünya üçün, o cümlədən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu mühüm beynəlxalq tədbirə fokuslamalı və təbliğatın bütün formalarından istifadə  etməklə hər gün öz səhfələrində bu mühüm tədbirə aid materiallar  yerləşdirməli və paylaşmalıdırlar. Ancaq bu da kifayət etməz. Düşünürəm ki,  şəhərdə əhalinin sıx məskunlaşdığı yerlərdə, kütləvi gəzinti və əylənc yerlərində, ticarət mərkəzlərində nəqliyatda,  o cümlədən metroda özündə COP29 əks etdirən məlumat plakatları, əyani təşviqat vasitələri, açıqçalar, stolüstü , cib və divar təqvimləri, müxtəlif çap məhsullar, video və audioçarxlar hazırlanmalı və sistemli şəkildə kütləvi olaraq əhali arasında paylanmalı, Azərbaycan Respublikası  Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi xətti ilə bu mövzuda müxtəlif qrant müsabiqələri elan olunmalı və layihələr həyata keçirilməlidir. Lakin düşünürəm ki, istənilən halda COP29 haqda ən müxtəlif materiallların KİV-lərdə və sosial şəbəkələrdə yerləşdirilməsi marifləndirmə sahəsində əsas vasitələrdən biri olaraq qalacaqdır. Bu materialın hazırlannması və yayılması da həmin istəkdən yarandı.
       COP nədir və onu tarixi haqda nə biilirik? BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP ingilis dilində"Conference of the Parties”-Tərəflər Konfransı, COP-un adındakı  rəqəmi isə tədbirin sayca neçənci olduğuna işarə edir. 
     Məlumdur ki, dünyada səneyinin sürətli inkişafı, dünyanın 4-cü sənaye inqilabına qədəm qoyması, dünya əhalisinin sürətli artımı, əhalinin artan tələbatının ödəniləsi üçün görülən tədbirlə həm də qlobal iqlim dəyişikliklərinə səbəb olur. Bu gün  bəşəriyyət qarşısında duran bir nömrəli məsələ məhz Qlobal istiləşmənin qarşısını almaqdır. Bunun üçün BMT-nin aidiyyatı qurumları atmosfera atılan istixana qazlarının emissiyasını azaltmaq, tədricən yaşıl enerjiyə keçmək məsələsini bir məqsəd kimi qarşıya qoyur. Bu məqsdlə BMT 4-14 iyun 1992-ci il tarixdə İqlim Dəyiişikliyyi üzrə Çərçivə Sazişi qəbul etmişdir.  
        BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası  (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə insanların iqlim sisteminə təhlükəli müdaxiləsi  ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. Konvensiya 1992-ci ildə Brazilyanın Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. UN FCCC –nin Katibliyi əvvəlcə Cenevrədə yerləşdirilmiş, 1996-cı ildən isə Almaniyanın Bonn şəhərinə  köçürülmüşdür. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir. "UN FCCC” həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verən məsul Katibliyin adıdır.
      Çərçivə Konvensiyasının son məqsədi  insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim norması səviyyəsində saxlamaq və  təhlükəli antropogen müdaxilələrin qarşısını almaq vəzifəsi daşıyır . Müqavilə, ekosistemlərin iqlim dəyişikliyinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırır.
      Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərin birinci Konfransını-COP1-i 1995-ci ildə keçirməyə müvəffəq olmuşlar və bu Konfrans Berlində keçirilmişdir. Həmin Konfransada tərəflər emissiyalarla bağlı konkret hədəfləri müəyyən etməyə nail olmuşlar. Bu əslində İqlim dəyişikliyi sahəsində Tərəflərin ciddi bir addımı idi.
     BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə konvensiyasının üçüncü  mühüm sənədi Kioto Protokoludur. Kioto protokolu 11 dekabr 1997-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin üçüncü Konfransında Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. 2020-ci ildə Protokola 192 tərəf qoşulmuşdur. Kioto Protokolunun iştirakçısı olan bütün dövlətlərin rəsmi görüşü hər il tərəflərin BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransında keçirilir.
       Kioto Protokolu UNFCCC-nin atmosferdə istixana qazlarının konsentrasiyalarını  iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə endirməklə qlobal istiləşmənin başlanğıcda azaltmaq məqsədini reallaşdırdı. Kioto Protokoluna əsasən istixana qazları yeddi  qaza, o cümlədən karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidroftorkarbonlar (HFCs), perfluorokarbonlar (PFC), kükürd heksaflorid (SF6), azot trifluoridə(NF3) tətbiq edilib. Qeyd etmək lazımdır ki, karbon qazı (CO2) ən vacib antropogen istixana qazıdır. Atmosferdə CO2 konsentrasiyasının sabitləşdirilməsi son nəticədə antropogen CO2 emissiyalarının effektiv şəkildə aradan qaldırılmasını tələb edir.
    Kioto   Protokolu ümumi, lakin fərqli öhdəliklər prinsipinə əsaslanırdı. O, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sayəsində iqlim dəyişikliyi ilə mübarizədə müxtəlif imkanlara malik olduğunu qəbul edir və buna görə də atmosferdəki istixana qazlarının hazırkı səviyyələrinə cavabdeh olduqlarını əsas götürərək, cari emissiyaları azaltmaq öhdəliyini inkişaf etmiş ölkələrin üzərinə qoyurdu. 
      Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayaraq, 2012-ci ildə sona çatıb. Birinci öhdəlik müddətində tam şəkildə iştirak edən 36 ölkənin hamısı Protokola əməl etmişdir. Bununla belə, doqquz ölkə digər ölkələrdə emissiyaların azaldılmasını maliyyələşdirməklə çeviklik mexanizmlərinə müraciət etməli olub, çünki onların milli emissiyaları hədəflərindən bir qədər çox idi. 2007-2008-ci illərin maliyyə böhranı emissiyalara da təsirsiz ötüşməyib. Ən böyük emissiya azalmaları keçmiş Şərq bloku ölkələrində müşahidə edilirdi, çünki Sovet İttifaqının dağılması 1990-cı illərin əvvəllərində onların emissiyalarını da azaltmışdı. 36 inkişaf etmiş ölkə emissiyalarını azaltsa da, 1990-cı ildən 2010-cu ilə qədər olan dövrdə qlobal emissiyalar 32% artdı.
     2010-2014-cü illərdə hər il keçirilən Tərəflər Konfrasında  İqlim dəyişiklikləri prosesində bir çox proseslər baş verdi. Görülən tədbirlərə baxmayaraq Qlobal istiləşmənin qarşısının alınmasında görülən tədbirlərin o qədər də effeektiv olmadığı aydın olduqdan sonra daha bir sənədin qəbul olunması zərurəti yarandı. 23 sentyabr 2014-cü ildə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 69-cu Sessiyası zamanı Baş katib PAN Gİ Mun qlobal istiləşmənin dayandırılması ilə bağlı dünya liderlərini razılığa gəlməyə çağırdı. Beləliklə 2015-ci ildə Fransanın paytaxtı Parisdə növbəti iqlim sammiti çağrıldı.    
        Paris Sazişi — BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşmadır. Razılaşma, Paris İqlim Konfransı zamanı Kioto protokolunun əvəzinə hazırlanmış, 12 dekabr 2015-ci ildə konsensusla qəbul edilmiş və 22 aprel 2016-cı ildə imzalanmışdır. Konfransın aparıcısı, Fransa Xarici İşlər Naziri Loran Fabius, bu iddialı və balanslı planın qlobal istiləşmənin dayandırılması yolunda tarixi bir dönüş nöqtəsi olacağını vurğulamışdır. 
          Razılaşmanın məqsədi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının qərarlarına əsasən qlobal orta temperatur artımını 2 °C-dən  aşağıda saxlamaq və 1,5 °C-də saxlanmasına nail olmaq. Tərəflər СО2 emissiyalarının zirvəsinə ən qısa müddətdə çatmalı olduqlarını elan etdilər. İştirakçı ölkələr elan olunmuş ümumi hədəfə çatmaq üçün verdikləri töhfələri fərdi qaydada müəyyənləşdirir və hər beş ildən bir yenidən nəzərdən keçirirlər. 
                                                             (davamı var)                                                            
                                                                                                      Ramiz Göyüş
                                                                                                  Müstəqil araşdırıcı

RƏYLƏR