İran və Küveyt dəniz sərhədinin müəyyənləşdirilməsi üçün danışıqlar aparır

OXUNUB: 108 Özəl DÜNYA
İran və Küveytin dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar apardığı bildirilib.

7NEWS.az xəbər verir ki, Küveytin rəsmi xəbər agentliyi Kuna-nın xəbərinə görə, İran və Küveytin ümumi hüquq komissiyası İranın paytaxtı Tehranda görüşüb. Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Uteibi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib.
 
7NEWS.az

RƏYLƏR