İran və Səudiyyə Ərəbistanı əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər

OXUNUB: 124 Özəl DÜNYA
İran və Səudiyyə Ərəbistanı səfirliklərinin açılması, iki ölkə arasında uçuşların bərpası və qarşılıqlı vizaların asanlaşdırılması barədə razılığa gəliblər.

7NEWS.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Çinin paytaxtı Pekində görüşüblər.

Tehran və Ər-Riyad arasında son 7 ildə xarici işlər nazirləri səviyyəsində keçirilən ilk rəsmi görüşdən sonra yayılan birgə bəyanatda iki ölkənin bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiyi bildirilib.

7NEWS.az

RƏYLƏR