İran öz düşmənlik siyasətinə davam etməkdə israrlıdır - Deputat

OXUNUB: 500 SİYASƏT
Görünən budur ki, İran öz düşmənlik siyasətinə davam etməkdə, ikitərəfli münasibətlərə nifaq toxumu səpməkdə israrlı və qərarlıdır. Sadəcə bu "molla rejimi" bir məqamın fərqində deyil: belə etməklə ilk öncə milyonlarla vətəndaşının nifrətini qazanır, öz iqtisadiyyatını çökdürür, öz siyasi süqutunu və sonunu yaxınlaşdırır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, hazırda İrandan böyük köç başlayıb. "İmkan tapan bu qapalı rejimdən, anti-insani mühitdən canını qurtarmağa çalışır. Həmin insanlar İrandakı məlum rejim dəyişməyənə qədər öz ölkələrinə dəqiq qayıtmayacaqlar”, - deyə o qeyd edib.

Deputat bildirib ki, İranda iqdisadi göstəricilər ötən illərlə müqayisədə dəfələrlə aşağı düşüb, sənaye məhv olub, infulyasiya kəllə-çarxdadır və bütün bu bataqlıqdan çıxmaq, iqtisadi proqram qurmaq əvəzinə, İran hələ də Nüvə Proqramı üzərində işləməklə, öz vətəndaşını əzməklə, qonşuluq siyasətini günbəgün daha da gərginləşdirməklə məşğuldur.

"Bilirsinizmi niyə? Çünki 21-ci əsrin fəlsəfəsini əxz edə, o fəlsəfəyə uyğunlaşa bilmirlər. Çünki bu dövləti idarə edənlər feodal təfəkkürdədir. Çünki İranı yönəldənlər anlamır ki, zor gücünə, həbs gücünə nəyəsə nail olmaq qeyri-mümkündür. Çünki İranın ali rəhbərliyi dünya standartının, mövcud tələblərin, siyasi etiketin, diplomatiya məzmununun nə və necə olmasından bixəbərdir!”, - deyə o əlavə edib.

RƏYLƏR