İranda dini dəyərləri təhqir edən 2 nəfər edam edilib

OXUNUB: 99 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, İran Ədliyyəsindən verilən açıqlamada Yusuf Mehrdad və Sədrullah Fazeli Zarenin bu gün səhər saatlarında dini dəyərləri, Peyğəmbər və anasını təhqir etmək, mürtədlik və Quranı yandırmaq ittihamı ilə edam edildiyi bildirilib. 2020-ci ildə Yusuf Mehrdad və Sadrullah Fazeli Zare sosial media qruplarında sistemli şəkildə və dini dəyərləri təhqir edən paylaşımlar təşkil etdikləri üçün həbs ediliblər.

7NEWS.az

RƏYLƏR