İraqda tikinti zamanı kran aşıb: 3 ÖLÜ

OXUNUB: 115 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İraqın Süleymaniyyə şəhərində 8 fəhlənin çalışdığı kran sahənin tikintisi zamanı aşıb. Yerli mənbələrdən verilən açıqlamada, dünən baş verən qəzada 35-50 yaş arası 3 işçinin həyatını itirdiyi, bir işçinin isə ağır yaralandığı bildirilib.

Qəzadan bir gün əvvəl kranda yaranan texniki nasazlıq səbəbindən işçilərə əraziyə yaxınlaşmamaları barədə xəbərdarlıq edildiyi, lakin ertəsi gün işlərin davam etdiyi öyrənilib. Həmkarlar İttifaqı qəzanın əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində baş verdiyini bildirsə də, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR