İrəvan yenə müharibə istəyir: Toqquşmaya səbəb olacaq Qarabağ AÇIQLAMASI

OXUNUB: 1250 SİYASƏT
Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan "Azadlıq” radiosuna müsahibəsində yenə müharibəyə səbəb olacaq açıqlamalar verib.

Mnasakanyan Dağlıq Qarabağın danışıqlarda iştirak hüququna malik olduğunu iddia edib.

"Hazırda Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin davamı üçün əsasların formalaşması mərhələsidir. Baş nazir Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdü, mən həmsədrlərlə və ABŞ dövlət katibinin müavini ilə telefonda danışdım, İrəvanda Fransa xarici işlər nazirini qəbul etdik, bununla yanaşı, Rusiya xarici işlər naziri ilə telefon söhbətimiz oldu. İyunun 7-də Moskvaya gedəcəm və əsas müzakirə mövzusu da münaqişə olacaq. Hesab edirik ki, Dağlıq Qarabağ danışıqlarda həlledici səs malikdir”, - deyə o bildirib.



Qeyd edək ki, Ermənistanın Qarabağda yaratdığı qondarma rejimin danışıqlarda tərəf kimi iştirak etməsi təklifi ciddi rezonansa səbəb olub. Rusiya tərəfi bunun qeyri-konstruktiv mövqe olduğunu bəyan edib. Ekspertlər bu məsələnin münaqişə zonasında yeni müharibəyə səbəb ola biləcəyini düşünürlər./publika

İcmal.Az

RƏYLƏR