İş adamı 3 uşaq anası olan azərbaycanlı sevgilisini öldürdü - FOTOLAR

OXUNUB: 700 DÜNYA

3 uşaq anası olan azərbaycanlı qadın sevgilisi tərəfindən tapança ilə öldürülüb.


Hadisə Türkiyənin Konya şəhərinin Karatay qəsəbəsində baş verib. Saibə Yüksəlir adlı qadın avtomobilin içərisində tapança ilə vurularaq yolun kənarına atılıb. 8 güllə yarası alan qadın ağır yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 
Şahidlərin sözlərinə görə Saibə ölmədən öncə onu Rahim adlı şəxsin güllələdiyini deyib.

Polis şahid ifadələrinə əsasən şübhəli şəxsin Yüksəlirin uzun müddətdir birlikdə yaşadığı iş adamı Rəhim A. olduğunu üzə çıxarıb. Şübhəlinin hadisə yerindən qaçdığı avtomobil Konyanın Səlçuklu qəsəbəsində tərk edilmiş vəziyyətdə tapılıb.

Hazırda cinayəti törədən Rahim A. adlı şəxsin tapılması istiqamətində iş aparılır.

Qeyd edək ki, cinayəti törədən Rahim A. Konyada böyük avtomobil salonlarından birinin sahibidir.
 
İcmal.Az
 


RƏYLƏR