İŞİD-in “əli” Tacikistana da çatdı - VİDEO

OXUNUB: 608 DÜNYA

İŞİD Tacikistanda 4 xarici ölkə vətəndaşının ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə İcmal.Az terrorçuların fəaliyyətinin monitorinqini aparan "SITE Intelligence Group” təşkilatına istinadla xəbər verir.

Terror qruplaşması sözügedən hadisəyə mənsubluğunu sübut edən heç bir əlavə təfərrüat və dəlil göstərməyib. 

Xatırladaq ki, bazar ertəsi səhər saatlarında avtomobil Tacikistanda velosipedlə səfərdə olan 4 turisti - ABŞ, İsveçrə və Niderland vətəndaşlarını vuraraq öldürüb. Daha 3 nəfər yaralanıb.

Tacikistanın daxili işlər naziri Ramazon Raximzoda hadisəni şərh edərkən bildirib ki, hüquq mühafizə orqanları teror aktı versiyasını istisna etmirlər.

Müşahidə kameralarının qeydə aldığı görüntülər sükan arxasında əyləşən şəxsin avtomobili bilərəkdən velosipedçilərin üzərinə yönəltidiyini söyləməyə əsas verib.

İcmal.Az

RƏYLƏR