İslam Yusifovdan gecə klubunda ŞOK HƏRƏKƏT: qıza yaxınlaşdı...

OXUNUB: 622 SOSİAL
Bakıda gecə klubunda qıza sataşan oğlanı bıçaqlamaqda təqsirli bilinən İslam Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İcmal.Az-ın publika.az-a istinadın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

İslam Yusifov 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, İslam Yusifov paytaxtın Nizami rayonunda yerləşən "Siyah-bəyaz” gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb.

Həmin vaxt Kamil Cəlilov Elnarənin yaxasından tutaraq özünə tərəf çəkib. Bu zaman İslam Yusifov ona iradını bildirib. Bu səbəbdən onların aralarında mübahisə yaranıb. İslam Yusifov Kamili izləyib və Qara Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb.

Daha sonra İslam Yusifov Kamili döyüb. Kamil baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü ailəsini rayona göndərib, özü isə əylənmək üçün gecə klubuna gedib: "Mən də, Elnarə də içkili idik. Kamil bir neçə dəfə qıza yaxınlaşdı. Qız isə ona "yox" dedi. Kamil qızın yaxasından tutdu, onunla əylənməyi tələb etdi. Bu səbəbdən Kamilə yaxınlaşdım, bildirdim ki, hərəkətlərinə diqqət elə. Bu zaman Kamil məni söydü”.

İslam Yusifovun sözlərinə görə, Kamilin söyüş söyməsindən əsəbiləşib, onların arasında mübahisə yaranıb.

İstintaq orqanı tərəfindən İslam Yusifovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 

İcmal.Az

RƏYLƏR