İslami Cihad komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb

OXUNUB: 154 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, gecə hücumunda döyüş təyyarəsi Qəzza zolağının cənubundakı Xan Yunisdə yaşayış binasının beşinci mərtəbəsini hədəf alıb. Çərşənbə günü Qəzza zolağından İsrail ərazisinə 460-dan çox raket atılıb. İsrail Ordusu son doqquz ayın ən şiddətli qarşıdurmasında Qəzzada 130-dan çox hədəfin vurulduğunu açıqlayıb. Fələstin mənbələri bu həftə ərzində baş verən qarşıdurmalarda üçü İslami Cihad komandiri olmaqla ən azı 24 fələstinlinin öldürüldüyünü bildirib. İslami Cihadın hərbi qanadı qruplaşmanın raket bölməsinin rəhbəri Əli Həsən Əbu Qalinin öldüyünü təsdiqləyib.

7NEWS.az

RƏYLƏR