İsmayıllı sakini həmkəndlisini güllələdi

OXUNUB: 612 HADİSƏ

İsmayıllı rayon sakini həmyerlisinə odlu silahla xəsarət yetirib.

Rayonun Hacıhətəmli kənd sakini, 1990-cı il təvəllüdlü Dadaşov Ənvər Kamal oğlu tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən ağır xəsarətlər alıb.

O, təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onu güllələyən şəxsin həmkəndlisi Rəhimov Maqsud Əhməd oğlu olduğu məlum olub və həmin şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /apa

İcmal.Az

RƏYLƏR