İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək

OXUNUB: 117 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, qərb ölkələri Ukraynanı dəstəkləməkdə davam edir. İspaniya Pasxa bayramından əvvəl Ukraynaya göndərilməsi planlaşdırılan 10 Leopard 2A4 tankından 6-nı tədarük edəcək. Tankların dəqiq çatdırılma tarixi məlum olmasa da, katolik xristianlar bu il aprelin 9-da Pasxa bayramını qeyd edəcəklər. Almaniya istehsalı olan 6 ədəd Leopard 2A4 tankı Sevilyadakı zavodda təmir olunduqdan sonra Ukraynaya gətiriləcək. Qalan 4 Leopard 2A4 tankının Sevilyadakı zavodda bu həftə təmir olunacağı gözlənilir.

7NEWS.az

RƏYLƏR