İspaniyada mənzildə yanğın baş verib: 3 ÖLÜ

OXUNUB: 165 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İspaniyanın Əndəlus Muxtar Administrasiyasına bağlı olan sahilyanı Huelva şəhərində mənzildə naməlum səbəbdən yanğın baş verib. Əndəlus Muxtar İdarəsindən verilən açıqlamada dünən yerli vaxtla saat 08:00 radələrində baş verən yanğında Huelva Universitetində təhsil alan 21 yaşlı 3 tələbənin evdə huşsuz vəziyyətdə olduğu bildirilib. Xəstəxanaya aparılan tələbələr bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Hadisə şahidləri mənzildə qısa müddətdə yayılan alovdan 7 nəfərin xilas olduğunu, 3 nəfərin isə köməksiz vəziyyətdə qaldığını bildirib. Yanğının zaldakı qızdırıcıdan başladığı düşünülsə də, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR