İspaniyanın Asturiya bölgəsində 60-dan çox meşə yanğını baş verib

OXUNUB: 212 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İspaniya iqlim dəyişikliyinin yaratdığı istilər və quraqlığın yaratdığı meşə yanğınları ilə mübarizə aparır. İspaniya Hərbi Fövqəladə Hallar Birliyinin (UME) verdiyi açıqlamaya görə, ölkənin şimalında yerləşən Asturiya muxtar bölgəsində 60-dan çox fərqli nöqtədə eyni vaxtda meşə yanğınları baş verib. Ən azı 500 nəfərin müdaxilə etdiyi yanğınların əksəriyyətinin kiçik miqyaslı olduğu bildirilib. Lakin Lavadoriya, Toranu və La Matosa bölgələri kimi bəzi məntəqələrdə yanğın riskinin yüksək olması səbəbindən yaşayış məntəqələrinin boşaldıldığı öyrənilib.

7NEWS.az

RƏYLƏR