İsrail qrupu Kahramanmaraşda 26 yaşlı yeniyetməni dağıntılar altından xilas edib

OXUNUB: 195 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra ölkəyə gələn Xarici Axtarış-Xilasetmə qrupları işlərini davam etdirir. İsrail Müdafiə Qüvvələrinin (IDF) axtarış-xilasetmə qrupu Kahramanmaraşda dağıntılar altındakı işlərə dəstək verir. İDF komandası zəlzələ nəticəsində dağılmış binanın dağıntıları altından 26 yaşlı qadını sağ çıxara bilib. Fərqli məqamda komanda dağıntılar altından 65 yaşlı kişini xilas edib. Türkiyədə zəlzələ bölgələrində fəaliyyət göstərən İDF qruplarının indiyədək uçan binalardan 10 nəfəri xilas etdiyi açıqlanıb.

7NEWS.az

RƏYLƏR