İsrail qüvvələri Cenində 3 fələstinlini öldürüb

OXUNUB: 99 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsrail qüvvələrinin reydləri davam edir. İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin şimalında Cenin şəhərinə təşkil etdiyi basqında 3 fələstinli həyatını itirib. Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin basqında həyatını itirənlərin şəxsiyyətlərinin İsmayıl Faxuri (26), Nayif Məlayşah (25) və Əhməd Fəşafşa (22) olduğunu açıqlayıb. Şahidlər bildiriblər ki, İsrail əsgərləri qəsəbəyə girərək içərisində üç fələstinlinin olduğu avtomobilə atəş açıb.

7NEWS.az

RƏYLƏR