İsrail qüvvələri Nablusda 1 fələstinlini öldürüb

OXUNUB: 119 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Nablusa müxtəlif nöqtələrdən basqın edən çoxlu sayda İsrail əsgəri fələstinli məhbus Usamə et-Tavilin Refidiye rayonundakı evini mühasirəyə alıb. Fələstinlilərin basqına reaksiyası zamanı İsrail qüvvələri gözyaşardıcı qazla birlikdə real və rezinlə örtülmüş metal güllələrdən istifadə edərək müdaxilə edib. Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin müdaxiləsi nəticəsində bir fələstinlinin həyatını itirdiyi, biri ağır olmaqla 6 nəfərin də yaralandığı bildirilib. Basqın zamanı çox sayda insan da gözyaşardıcı qazdan zərər çəkib. Hadisələrdən sonra İsrail qüvvələri hərbi buldozerlərin müşayiəti ilə Tavilin evini partlayıcılarla dağıdıb.

7NEWS.az

RƏYLƏR