İsrail yəhudilərin Fitr bayramına qədər Məscidül-Əqsaya daxil olmasını qadağan edib

OXUNUB: 130 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Ramazan ayında İsraillə Fələstin arasında gərginlik davam edərkən, İsrail Baş naziri Binyamin Netanyahunun dəftərxanası Fitr bayramına qədər yəhudilərin Məscidül-Əqsaya girişinin qadağan edildiyini açıqlayıb. Açıqlamada qadağanın sabahdan etibarən qüvvədə olacağı, qadağanın Ramazan bayramına qədər davam edəcəyi bildirilib. Bildirilib ki, qadağa qərarını müdafiə naziri Yoav Gallant, İsrail Baş Qərargah rəisi Herzi Halevi, Şin Bet sədri Ronen Bar və polis rəisi Kobi Şabtai yekdilliklə təklif ediblər.

7NEWS.az

RƏYLƏR