İsrail Yunanıstan ilə 400 milyon dollarlıq raket satışını təsdiqlədi

OXUNUB: 143 Özəl DÜNYA
İsrail Müdafiə Nazirliyi Yunanıstana 400 milyon dollar dəyərində "Spike" tank əleyhinə idarə olunan raket sistemi satacağını açıqlayıb. 

7NEWS.az xəbər verir ki, İsrail Yunanıstana tank əleyhinə raketlərin satışına dair müqavilə imzaladığını açıqlayıb. Müdafiə Nazirliyindən verilən açıqlamada Yunanıstana 400 milyon dollarlıq "Spike" tank əleyhinə idarə olunan raket sistemi satış müqaviləsinin təsdiqləndiyi bildirilib. İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, saziş "ölkələr arasında əlaqələri gücləndirib”. 

7NEWS.az

RƏYLƏR