İstanbul su altında qaldı - FOTOLAR

OXUNUB: 537 DÜNYA

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları yağıb.

Şimşək və göy gurultusu ilə müşayiət edilən yağışlar meqapolisdə həyatı iflic edib.

Kanalizasiya xətlərinin dolması nəticəsində yağış suları küçələrdə toplanıb və tunelləri, evləri su basıb.

Yolda qalan avtomobillərin sahibləri xilasedicilər tərəfindən avtomobillərdən çıxarılıb.

Şiddətli yağış hələ də davam etməkdədir. Növbəti günlərdə dolu yağacağı gözlənilir.

İcmal.Az

RƏYLƏR