İstanbuldan zəlzələ bölgəsinə əsgərlər GÖNDƏRİLDİ

OXUNUB: 133 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, mərkəzləri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,4 bal gücündə zəlzələ Türkiyənin Şərqi, Cənub-Şərqi, Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrində hiss olunub. İstanbulun müxtəlif rayonlarından gələn axtarış-xilasetmə qrupları ilə yanaşı, Tuzla 3-cü Jandarma Komando Taburu Komandanlığının əsgərləri Sabiha Gökçen Hava Limanında toplanaraq zəlzələ bölgələrinə yola düşüb.

Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) məlumatına görə, zəlzələ saat 04:17-də Rixter cədvəli ilə 7,4 bal gücündə baş verib, episentri Kahramanmaraşın Pazarcık rayonudur. Yerin 7 kilometr dərinliyində baş verən zəlzələ Kahramanmaraş ilə yanaşı Şərqi, Cənub-Şərqi, Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrində də güclü hiss olunub.

7NEWS.az

RƏYLƏR