İstirahət günləri cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

OXUNUB: 503 HADİSƏ

Ötən istirahət günlərində respublikanın daxili işlər orqanları tərəfindən 164 cinayət faktı qeydə alınıb, onların da 36-sı "isti izlər”lə açılıb.

Bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, 27-29 yanvar tarixlərində axtarışda olduğuna görə 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Eyni zamanda daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb./report

 

 

İcmal.Az

RƏYLƏR